Quzu əti 22 manat oldu

Qurban Bayramı ərəfəsində xüsusilə quzu ətinin qiymətində bahalaşma müşahidə edilir. Satıcılar bildirir ki, hazırda 15-20 kiloqramlıq qurbanlıq quzu ətinin qiyməti 19-20 manat arasında dəyişir.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, onların sözlərinə görə, 10 kiloqramlıq quzunun ətinin bir kiloqramı isə bəzi yerlərdə 22 manata qədər yüksəlir.
Qiymətlərin bahalaşması alıcı qüvvəsinə də təsir edib. Əvvəlki illərlə müqayisədə qurbanlıq quzularla bağlı sifarişlər kəskin azalıb. Satıcılar bildirib ki, qiymətin dəyişməsinə yemin baha olması da təsir edən amillərdən biridir.
Alıcılar açıqlamalarında qiymətlərin artmasına görə aldıqları ətin kiloqramını azaltmaq məcburiyyətində qaldıqlarını bildirirlər.
İqdisatçı Ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymətin bahalaşmanın əsas səbələrindən biri son illər ölkədə xırdabuynuzlu heyvanların azalması və qurban bayramı ərəfəsində ətə olan təlabatın artmasıdır.
Ekspert əlavə edib ki, ət bazarında qiymətlər rəsmi qurumlar tərəfindən tənzimlənmir. Bayramdan sonra qiymətlərdə ucuzlaşma gözlənilir.
Digər Xəbərlər

Balığın qiymətinin bahalaşmasının səbəbi budur - İqtisadçı

Texniki şərtlərin qeydiyyatı üçün 62 müraciət daxil olub

Baş nazir 2026-cı ilin büdcəsi ilə bağlı tapşırıq verdi

Əli Əsədov nazirləri topladı - Qarabağ və Şərqi Zəngəzurla bağlı müzakirə aparıldı

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

"Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat

"Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var" - Komitə sədri
