Əyləci qəfil basdı...
Biz 50 nömrəli marşrutda mövcud olan nöqsanlarla bağlı dəfələrlə tənqidi yazılar qələm almışıq. Təəssüf ki,bundan nə marşrutun sahibi, nə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bir nəticə çixararaq nöqsanları aradan qaldırmayıb.
Məhz buna görə də, həmin nöqsanlar yenə davam edir. Yəni avtobusu idarə edən sürücülər sürət həddini aşır, sükan arxasında siqaret çəkir, mobil telefonla danışır və bir çox halda nəqliyyat vasitəsini dayanacaqda kənarda saxlayır, hətta sərnişinlərlə kobud rəftar edirlər.
Biz bir daha bu gün, yəni sentyabrın 9-da səhər saat 9:30-da Yeni Günəşlidən metronun " Neftçilər" istiqamətinə hərəkət edən 90- HS - 593 nömrəli avtobusda gördük.Gördük ki, avtobus köhnədir, istismar müddətin başa çatdırıb.Üstəlik də bir neçə oturacaqda pis vəziyyətdə, yəni sınıq- salacaq idi və sürücü avtobusu yüksək sürətlə idarə edirdi.
" Fatimeyi - Zəhra" məscidinin yanında qarşısına heç bir maneə çıxmadan əyləci qəfil necə basdısa, sərnişinlər bir- birinin üstünə yıxıldı. Bir qadında, güclü zərbədən oturacağın üstünə yıxıldı. Xoşbəxtlikdən qolu- qıçı sınmadı.Və dedi:" Az qala ,ölmüşdüm. Avtobusu normal sürün də!" Digər sərnişinlər də belə hərəkətinə görə sürücüyə etiraz elədilər. Sürücü isə üzr istəmək əvəzinə, dedi:" Mən qəsdən eləmədim ki? Köhnə maşındır da, neynim! " Bax , belə! Yəni Günəşli camaat hər gün belə hadisələrlə üzləşir.
Tədbir görənsə, yoxdur. Bəlkə bu dəfə marşrutun sahibi və Yerüstü Nəqliyyat Agentliyi hərəkətə gəlib bu kobud və məsuliyyətsiz sürücü barədə tədbir görə və mövcud nöqsanları aradan qaldıralar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

