Evlərin kirayə haqqı artdı...
Onsuz da son illər mənzil bazarında qiymətlər xeyli qalxıb. Son beş- altı ayda evlərin bahalaşması daha sürətlə gedir. Bu isə kirayə haqqlarının da qalmasına rəvac verir. Əgər bir neçə ay bundan əvvəl metronun " Xalqlar dostluğu" stansiyasının yaxınlığından iki otaqlı mənzil 400 manata verilirdisə, indi 500-600 manat civarındadır.
Tələbələrin yay tətilini baş vurub , Bakıya qayıtması da , mənzil bazarında kirayə haqlarının artmasına səbəb olub. Bu da heç şübhəsiz, onların valideynlərini həddindən artıq narahat edir. Qızına kirayə mənzil axtaran Yusif Əhmədov deyir ki, neçə gündür ki, münasib qiymətə ev axtarıram, amma tapa bilmirəm.
Evlər çox bahadı və imkanımıza uyğun deyil. Səhər bir mənzil tapmışam- 500 manata. İndi bir başqa tələbə qızla övladın o mənzildə yaşayacaq. Hər halda, ali məktəb rektorları gələcəkdə bu məsələləri diqqətdə saxlamalıdır. Çünki universitetlərin yataqxanaları olsa, imkansız ailələrin övladları orada qala və oxuya bilərlər. Ali təhsil ocaqlarının yataqxanaları var, ancaq bütün tələbələr çatmır. Ona görə də, gələcəkdə bu yataqxanaların sayı artmalıdır ki, bütün imkansız tələbələr orada qala bilsinlər!Bir sözlə, tələbələrə həmişə qayğı lazımdır ki, onlar çətin vəziyyətdən çıxa bilsinlər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Yanvar 2026 17:13
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Yanvar 2026 13:47
Seyid dilənməz, dilənirsə,o seyid deyil!
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54


Bakı -°C

