50 manat cərimə!
Bu gün piyadaların iştirakı ilə Bakıda ağır yol-nəqliyyat hadisələri baş verir. Təbii bu qəzalar zamanı ölən və xəsarət alanlar olur.Onu da qeyd edək ki, paytaxta piyadavurmalar və ölüm halları daha çox olur. Aydındır ki, burada sürücülərin və piyadaların yüksək məsuliyyəti var.
Çox təəssüf ki, bəzi hallarda həm sürücülər, həm də piyadalar bu məsuliyyəti yaddan çıxarırlar və ona görə də, piyadavurma hadisələri qaçılmaz olur. Piyadaların vurulması ilə bağlı faktlar yol polisini də narahat edir.Məhz bunları nəzərə alan yol polisi nəzarət profilaktik tədbirlər keçirir, qabaqlayıcı addımlar atır.
Əfsuslar olsun ki, bir çox sürücülər piyada zolaqlarında dayanmır, hərəkəti davam etdirir və piyadalara yol vermirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli ona ünvanladığımız sorğuya cavab verərək bildirir ki, hər bir sürücü piyada zolağında piyadaya yol verməlidir.
Buna birmənalı olaraq əməl edilməlidir. Əgər sürücü piyada zolağında ona yol vermirsə,o, İnzibati Xətalar Məcəlləsinin 130- cu maddəsilə 50 manat məbləğində cərimə edilir. Ona görə də, sürücülər yol hərəkəti qaydalarına əməl etməli və piyada zolaqlarında piyadalara yol verməlidir.
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Iyul 2026 17:47
Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
25 Iyul 2026 09:53
Azərbaycan nefti ucuzlaşdı
24 Iyul 2026 09:44
“Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir”
23 Iyul 2026 17:12
Xəzər konsorsiumu neft nəqlini dayandırdı
23 Iyul 2026 11:21
“Bu əməkdaşlıq Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı...”
23 Iyul 2026 09:52
Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39


Bakı -°C

