"Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq"
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu isə bu illə müqayisədə 29,05 % çoxdur. Yəni bu il fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə, gələn il 129 manat 50 qəpik yığılacaq".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçının sözlərinə görə, adətən belə artımlar daha çox 5 səbəbdən baş verir:
"Birinci səbəb əmək haqlarının artması ola bilərdi. Lakin əmək haqlarının 29-30 faiz artması gözlənilmir.İkincisi iş yerlərinin sayının artmasıdır ki, heç yeni iş yerləri də bu qədər arta bilməzÜçüncüsü, inflyasiyanın təsirilə ola bilər ki, amma bu həcmdə heç vaxt. Dördüncü hal, vergi dərəcələrinin dəyişməsilə baş verər bilərdi. Lakin vergi dərəcələrinin dəyişməsi, hələ, bu həcmdə dəyişməsi gözlənilən deyil.
Bəs onda, 30 faizə yaxın verginin artması necə baş verəcək? Qalır 2019-cu ildə qəbul edilmiş bir güzəştin bitməsinin təsirləri. Belə ki, bunun əsas səbəbi böyük ehtimalla 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin müddətinin artıq artırılmamasıdır. Yəni, 2026-ci ilin 1 yanvarında həmin güzəştin bitməsi ilə onların gəliri də gəlir vergisinə cəlb olunacaq.
Bu dəyişiklik büdcə daxilolmalarını 30 faiz artıracaq. Həmin kateqoriyadan olan şəxslərin vergi yükü də artacaq təbii ki.
Bəs, 2019-cu ildə bu güzəşt niyə edilmişdi? - deyə soruşan olsa, cavab sadədir: Bu gəzəşitin edilməsində əsas məqsəd qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək idi".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Dekabr 2025 19:57
Unun topdansatış qiyməti AÇIQLANDI
18 Dekabr 2025 15:02
"Əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun..."
18 Dekabr 2025 13:30
“Ermənistan Rusiyadan neft məhsullarını azaldır...”
18 Dekabr 2025 11:17
Bakı limanı 100 000-ci konteyneri qəbul edib
17 Dekabr 2025 17:40
Türkiyədən Azərbaycana pul köçürmələri artdı
17 Dekabr 2025 11:19
““Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək...”
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56


Bakı -°C

