“Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi qurur”

“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə rəsmi səfərini işğaldan azad olunmuş ərazilərmizə etməsi, Şuşada rəsmi qarşılanma mərasimi, cənab Prezidentimiz İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibli danışıqlar, imzalanan sənədlərin mübadiləsi və mədəni proqram diplomatiya tariximizin daha bir səhifəsi oldu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, dövlətlərimiz arasında siyasi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib:
“Neft-qaz, ticarət-iqtisadi, nəqliyyat, bərpa olunan enerji və b. sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi və məhsuldar qurur. Ölkə rəhbərlərinin Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olması, Milli Xalça Muzeyinin Şuşa filialında eksponatlara baxması cənab Prezidentimizin milli və mənəvi-ruhani dəyərlərimizə qayğısının təzahürüdür. Eyni zamanda indiki və gələcək nəsillərə bir göstərişdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Tramp Azərbaycan və Ermənistanla bağlı paylaşım edib

Milli Məclisdə “Böyük Qayıdış”a dair dinləmələr keçiriləcək

Suriya-İsrail arasında görüş Bakıda baş tuta bilər

Azərbaycan-BƏƏ Birgə Biznes Şurası yaradılacaq

Sahibə Qafarova Malayziyaya işgüzar səfər edib

Liderlərin geniş tərkibdə görüşü oldu - FOTOLAR + YENİLƏNİB
