Bakı-Sumqayıt yolu buna görə artıq yüklənir - Ekspert
“Bakının mərkəzinə gəlmək bir az da çətinləşib. Paytaxtın mərkəzində sürətlə söküntü işləri aparılır. Söküntüdən sonra insanlara verilən konpensasiyalar 1 kvadratmetrə görə 1500-2000 manatdır. Mərkəzdə 40-50 kvadrat mənzili olan şəxs söküntüdən sonra 70-80 min manat konpensasiya alır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.
Ekspert bildirib ki, bu vəsait insanlara mərkəzdən mənzil almaq üçün yetərli deyil:
“Mərkəzdə yeni inşa olunan binalarda ən ucuz mənzilin kvadratı 3500 manatdan başlayır. Həm də təmirsiz olduğuna görə təmir xərclərini də bura əlavə etsək o zaman evi sökülən vətəndaş şəhər kənarından mənzil axtarışına çıxır. Mərkəzə qismən yaxın olan ərazilər isə Sumqayıt istiqamətidir”.
Ekspert bildirib ki, insanların Masazır, Xırdalan, Saray və Sumqayıt kimi şəhərlərə üz tutması bu istiqamətdə nəqliyyatın hərəkətini iflic edir:
“Yay aylarında mənzili sökülən vətəndaşlar sürətlə bu istiqamətdən mənzil alır. Nəticədə Bakı-Sumqayıt yolu hər il bir qədər də artıq yüklənir. Prosses belə davam edərsə, bir neçə ildən sonra bu yolda hərəkət təmamilə iflic olacaq. Ona görə də yeni bir strateji plan düşünülməlidir. Ən azı Sumqayıt istiqamətindən mərkəzə doğru alternativ yol çəkilməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

