“Paşinyanın növbəti dəfə Putinin əlini sıxması da buna dəlalət edəcək”
“Ermənistanın baş naziri Nikol Paşinyan "beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə Moskvaya gedib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. "Beynəlxalq atom həftəsi" konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq:
“Çünki, onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: “Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı”. Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyün davam etdirəcəyini söylədi. Fikrimcə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq. Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də, Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Dekabr 2025 14:18
“ABŞ-Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib...”
25 Dekabr 2025 13:19
Milli birlik güclü liderlik üzərində qurulur
25 Dekabr 2025 09:10
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
24 Dekabr 2025 17:55
Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
24 Dekabr 2025 17:47
"Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik" - Dövlət başçısı
24 Dekabr 2025 17:43
"Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı" - Prezident
24 Dekabr 2025 17:31
"Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir" - Dövlət başçısı
24 Dekabr 2025 16:52


Bakı -°C

