“Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb”
“Ukrayna Prezidenti Volodimir Zelenski Kreml sahibi Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib. Halbuki, Zelenski daha əvvəl görüş yeri kimi Türkiyə və bir neçə Avropa ölkəsini təklif etmişdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Zelenskinin Qazaxıstanın adını çəkməsinin səbəbi var:
“Bununla Zelenski demək istəyib ki, o Putinlə Rusiyanın strateji tərəfdaşı sayılan və Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkənin ərazisində belə görüşməyə hazırdır. Bununla Zelenski Qazaxıstanla Belarusun onun üçün fərqini də göstərmiş olub. Zelenski Belarusu Rusiyanın vassalı hesab edir və bu ölkədə Putinlə görüşmək istəmir. Qazaxıstan isə Rusiyanın strateji tərəfdaşı olsa da, Astana Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Zelenski BMT Baş Assambelyasının sessiyası çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Liderlərin ingilis dilində söhbətləşməsi Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub. Zelenski yeni təklifi ilə Putini çətin vəziyyətə salıb. Kreml sahibinin Qazaxıstan variantını rədd etməsi Astana ilə Moskva arasındakı münasibətlərdə sualların sayını artıracaq. Kremlə yaxın şovinist dairələr bundan əvvəl də Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar verirdilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Dekabr 2025 16:31
Hakan Fidan HƏMAS liderləri ilə görüşdü
24 Dekabr 2025 16:15
Ərdoğan Liviya Baş nazirinə başsağlığı verdi
24 Dekabr 2025 12:53
Çin 100 milyon ton neft ehtiyatı aşkar etdi
24 Dekabr 2025 11:58
Tramp Paşinyana hədiyyə göndərdi
24 Dekabr 2025 11:38
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
24 Dekabr 2025 11:25
Rifah və sağlamlıq: Türk üslubunda kompleks istirahət - FOTOLAR
24 Dekabr 2025 11:24
Qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapıldı
24 Dekabr 2025 10:50


Bakı -°C

