“Prezidentin qətiyyəti nəticəsində Qafqazda yeni bir tarix yazılır”

“Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Qafqazdakı yeni düzən ilə yanaşı, bir sıra qlobal məsələlər ilə bağlı da Azərbaycanın mövqeyni təqdim etdi. Cənab Prezidentin çıxışında həm Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi, həm də ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyətinə də toxunuldu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini tam bərpa edən ilk dövlət oldu:
“44 günlük Vətən müharibəsi zamanı işğal altındakı ərazilər azad edildi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirildi. Cənab Prezident öz çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də xüsusi toxunmuşdur. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”.
V.Bayramov deyib ki, artıq Zəngəzur dəhlizinin reallaşması ilə bağlı işlər sürətlənməkdədir:
“Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində Qafqazda yeni bir tarix yazılır. Bu tarix region üçün inkişaf və əməkdaşlıq səhifəsi açmaqdadır.
Azərbaycan Prezidenti avqust ayında ABŞ səfəri zamanı əldə edilmiş razılaşmaların tarixi əhəmiyyət daşıdığını qeyd edib. Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. 14 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Prezidentdən Anım Günü PAYLAŞIMI - FOTO/VİDEO

Dünya xalqlarının BMT-dən gözləntisi indi daha çoxdur

Şahbaz Şərif Azərbaycana təşəkkür etdi

“BMT siyasi deyil, daha çox humanitar funksiyanı yerinə yetirir”

Prezident BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib

“Azərbaycanın sülh gündəliyi BMT-də də böyük rəğbətlə qarşılandı”

İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib - YENİLƏNİB +VİDEO
