“İşğal dövründə Qubadlıya 2 milyarddan çox ziyan vurulub...”
“Bu gün Qubadlı şəhəri günüdür. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüş 30 ildən sonra Şərqi Zəngəzurun bu hissəsinə yenidən qayıdıb. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub:
“27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabalığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb. Ermənistan işğalı dövründə 10159 ədəd əmlak tamamilə məhv edilib və rayon 2 milyard manatdan çox ziyan vurulub. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir. İşğala qədər Qubadlı rayonun da əsasən kənd təsərrüfatı inkişaf etmişdir”.
Onun sözlərinə görə, rayonda əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi:
“Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1.2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu. Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir. Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür. İşğaldan azad olunan digər ərazilərimiz kimi Qubadlı rayonu da artıq yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
09 Dekabr 2025 21:35
Rusiyanın ümumi qaz ehtiyatları 98 il üçün kifayətdir
09 Dekabr 2025 12:09
Yeni tikilən yaşayış binalarında bu prosedur məcburi olacaq
09 Dekabr 2025 12:01
"Problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək" - Baş nazir
09 Dekabr 2025 11:53
Bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib
09 Dekabr 2025 11:52
"Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik" - Əli Əsədov
09 Dekabr 2025 11:45


Bakı -°C

