“Gənclərimiz bilsinlər ki, yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib”
Xəbər verdiyimiz kimi, Göygöldə saatda 220 kilometr sürətlə hərəkətdə olan avtomobillə qəza düşən dörd dostun ikisi dünyasını dəyişdi, ikisi isə ağır yaralanıb. Hadisəni mobil telefonla videoya çəkən gənclər məhz yüksək sürətə görə canlarından olublar.
Məsələylə bağlı Adalet.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı gənclərimizin yüksək sürət həvəsinin həyatları üçün təhlükəli olduğunu bildirib:
“Bu çox təhlükəli bir oyundur və bu əməllərdən ancaq və ancaq uzaq durmaq lazımdır. Yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib və bundan sonra da kiməsə xeyir gətirəcəyini düşünmürəm. Gənclər daha faydalı, daha ağıllı işlərlə məşğul olsalar daha yaxşı olar. Bu məsələlərlə bağlı Dövlət Yol Polisi tərəfindən müraciətlər, xəbərdarlıqlar olunub. Valideynləri də məsuliyyətli olmağa çağırıram ki, uşaqlarını maşınlardan uzaq tutsunlar. Çünki nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və bunlarla hər hansısa bir zarafat ağır faciə ilə nəticələnir. Biz artıq bir neçə dəfə belə ağır faciələrin şahidi olmuşuq və çox ciddi sarsıntı keçiririk. Düşünürəm ki, bu istiqamətdə təbliğat işlərini daha da gücləndirmək lazımdır və valideynlərin bir az da məsuliyyətli olması üçün çağırışları, müraciətləri intensiv şəkildə KİV, TV və radiolarla çoxaltmaq lazımdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Dekabr 2025 17:29
Azərbaycandan göndərilən neft məhsulları Ermənistana çatdı - FOTOLAR
19 Dekabr 2025 17:45
Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi - FOTO
19 Dekabr 2025 16:53
Qan banklarının siyahısında dəyişiklik edildi
19 Dekabr 2025 16:46
Dövlət qəzetləri üçün alınacaq kağızın norması müəyyənləşdi
19 Dekabr 2025 16:42
Baş nazir Daxili İşlər Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
19 Dekabr 2025 15:33
"Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir" - Arayik
19 Dekabr 2025 13:39
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
19 Dekabr 2025 13:30


Bakı -°C

