“Ermənistanı narahat edən Qərbi Azərbaycan həqiqətlərilə bağlı dəqiq mənbələrin çoxluğudur”
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyilə bağlı təşkil olunan yığıncaqda Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdışının prioritet olduğunu bir daha bəyan etdi. Bildirdi ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Bu, sırf humanitar məsələdir və Ermənistan bu məsələni siyasiləşdirməməlidir.
İstənilən halda heç bir güc Azərbaycanı bu strateji hədəfindən yayındıra bilməz. Dövlət başçısı da hər zaman bildirir ki, bizim hədəflərimiz strateji, taktiki və uzunmüddətlidir. Dəfələrlə deportasiyaya məruz qalan həmvətənlərimizin hüquqularının təmin olunması istiqamətində addımlar səngiməməlidir. Ermənistanın bu məsələdə radikal mövqe tutmasına rəğmən Qayıdış konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir və bundan sonra da belə olmalıdır. Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik, bu ədalətsizliyin nəticələri heç bir halda qəbul edilə bilməz.
Bu prosesdə elm xadimlərinin də üzərinə məsuliyyət düşür. Belə ki, Prezident İlham Əliyev də bildirdi ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bizim üstünlüyümüz həm də böyük coğrafiyada yaşamağımıza rəğmən heç vaxt separatçı mövqedən çıxış etməməyimizdir. Yəni, Azərbaycan xalqı yaşadığı bütün coğrafiyalarda sabitləşdirici faktor olub, heç vaxt ayırıcı xəttlər çəkməyib. Bu reallıqların, eləcə də Qərbi Azərbaycandakı milli toponimlərin saxtalaşdırılmasına dair faktların əks olunduğu resursların sayı artmalıdır. Bu, Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından vacibdir.
Azərbaycan Prezidentinin Göyçə gölü ilə bağlı söylədiyi fikirlər Ermənistanda ciddi narahatlıq yaratsa da mövcud reallığı dəyişdirmir. Əslində Ermənistanı da narahat edən bizim istinad etdiyimiz dəqiq mənbələrin çox olmasıdır.
Azərbaycan Prezidenti bir daha bildirdi ki, ictimai təşkilatlar, eyni zamanda, alimlərimiz yeni elmi əsərlər yaratmağa davam etməlidir.
Burada intellektuallarımız xüsusi fəallıq göstərməlidir. Hesab edirəm ki, gənclərin də bu prosesdə aktivliyi vacibdir. Yüksək intellektə malik olan gənclərimiz öz bilik və bacarıqlarını milli maraqların müdafiəsinə yönəltməlidirlər. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq dövlətçilik maraqlarından çıxış etməlidirlər. Təəssüf ki, bəzi antimilli ünsürlər maddi maraqlar naminə öz ölkəmizə qarşı maşa kimi istifadə olunur. Onlarda milli təəssübkeşliyin olmaması sadəcə təəssüf doğurur. Bu cür ünsürlərin sıradan çıxarılması üçün cəmiyyətin bütün təbəqələri səfərbər olmalıdır. Heç nə Azərbaycandan və milli maraqlarımızdan üstün ola bilməz. Hər bir azərbaycanlı bu məsuliyyəti üzərində hiss etməlidir.
Digər Xəbərlər
04 Fevral 2026 09:10
İlham Əliyevlə Paşinyanın görüşündən VİDEO
03 Fevral 2026 19:17
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olundu - FOTOLAR
03 Fevral 2026 18:50
Prezidentin izlədiyi təlimdən VİDEO
03 Fevral 2026 17:36
ABŞ ilə mədəniyyət sahəsində əlaqələr müzakirə edilib
03 Fevral 2026 17:34
Milli Məclisdə kibercinayətkarlıqla bağlı iclas keçirildi
03 Fevral 2026 15:56
Prezidentlər Əbu-Dabidə birgə əməliyyat-taktiki təlimini izləyiblər - FOTOLAR
03 Fevral 2026 14:50
Elmar Məmmədyarovun adı "Epşteyn" sənədlərində HALLANIB
03 Fevral 2026 11:58


Bakı -°C

