Prezidentlər Əbu-Dabidə birgə əməliyyat-taktiki təlimini izləyiblər - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fevralın 3-də iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər.
Adalet.az xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Digər Xəbərlər
18 Fevral 2026 13:49
Vardanyanı həbs etməsəydik, Paşinyanı devirmək üçün... – Politoloq
18 Fevral 2026 12:28
TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər
18 Fevral 2026 11:53
Siyasi etimad və əməkdaşlıq
18 Fevral 2026 11:44
Tramp yenidən Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir – Politoloq
18 Fevral 2026 11:29
İlham Əliyev qambiyalı həmkarını təbrik etdi
18 Fevral 2026 10:26
“Ruben bundan sonrakı ömrünü Azərbaycan həbsxanasında başa vurmalı olacaq”
17 Fevral 2026 15:28
Deputatlar 10 məsələnin müzakirəsinə toplaşacaqlar
17 Fevral 2026 15:14


Bakı -°C

