Uşaqlar arasında suçiçəyi xəstəliyi yayılıb - VİDEO
Uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxmalar qeydə alınır. Bu səbəbdən uşaqlarını xəstəxanaya gətirənlər var.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, həkimlər yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara yoluxmuş şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə edirlər.
Həkim-pediatr Gülnarə İlyasova deyir ki, bəzən valideynlər suçiçəyinə yoluxmuş uşaqlara ev şəraitində antibiotik verirlər. Amma həkim məsləhəti olmadan bunu etmək isə qəti şəkildə qadağandır.
Səhiyyə Nazirliyindən bildirildi ki, hazırda suçiçəyi xəstəliyinə kütləvi yoluxma müşahidə edilmir. Qızılca xəstəliyinə qarşı isə həm planlı peyvəndləmə, həm də əvvəlki dövrlərdə peyvənddən kənarda qalmış uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində immunizasiya tədbirləri həyata keçirilir. Aparılan tədbirlər nəticəsində son aylarda respublika üzrə qızılca xəstəliyinin qeydə alınması müşahidə olunmur. Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və daim nəzarət altında saxlanılır.
Digər Xəbərlər
10 Mart 2026 13:20
Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
10 Mart 2026 10:14
Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq
06 Mart 2026 17:15
Həkim həyəcan təbili çalır!
03 Mart 2026 12:09


Bakı -°C

