“Kənd təsərrüfatlarının məhvinə yönələn geniş bir plan işləyir”
“Bütün dövrlərdə şəhərlərin ərzaq təminatını kəndlər həyata keçirib. 1996-cı ildən Bakıdayam. Bir gün olsun marketdən broyler yumurtası almamışam. Bir gün olsun marketdən qatıq, süd almamışam. Bir gün olsun marketdən yağ almamışam. Toyuq ətini də kənddən atam, anam yollayıb. Hətta mal, qoyun ətini, balığı da təbii almışıq. Amma artıq kənd təsərrüfatlarının, sizə kiçik həyət təsərrüfatlarından danışıram, məhvinə yönələn geniş bir plan işləyir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.
Ekspert məsələylə bağlı səbəbləri sadalayıb:
“1. Kəndlərdə artıq pomidordan tutmuş, kartofa qədər toxumluq yerli sort qalmayıb.
2. Kəndlərdə həyət toyuğu anlayışı itib.
3. Kəndlərdə, məhəlləsində toyuq saxlayanlar mütləq peyvənd etdirməlidir və bu peyvəndlərdən sonra ya 1, ya da 2 ay sonra ev quşlarına kütləvi xəstəlik düşür.
4. Maldarlığı bilirsiniz. Dabaq dedilər və kiçik ailə maldarlıq təsərrüfatlarının marketinqini məhv etdilər.
5. Süd və süd məhsullarının satışı son 2 ayda 47 faiz azaldı.
6. Kiçik ailə maldarlıq təsərrüfatlarından kərə yağı satışları endi.
7. Pendir, şor satışı məhv edildi. Bu siyahını uzada bilərəm.
Başladılan bir təbliğat var və bu təbliğat ölkəmizdə kiçik ailə təsərrüfatlarının məhvinə yönəlib. Bu son qaladır və bir ildən sonra ankoloji xəstəliklər, ürək çatışmazlığı, oynaq xəstəlikləri və sair xəstəliklər üzrə mütləq dünyada "reytinq"ə liderlik "edəcəyik"”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
04 Sentyabr 2026 00:30
Bloqer və influenserlər vergi ödəyəcəklər - VİDEO
03 Sentyabr 2026 13:11
Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq
02 Sentyabr 2026 11:30
“Qırğızıstanın əhəmiyyəti sadəcə 77 milyon dollarlıq mövcud ticarətlə ölçülməməlidir”
02 Sentyabr 2026 10:19
Azərbaycan nefti 97 dolları keçdi
02 Sentyabr 2026 09:55
“Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki...”
02 Sentyabr 2026 09:38
Dünya bazarında neft bahalaşdı
01 Sentyabr 2026 11:16
Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?
01 Sentyabr 2026 10:02


Bakı -°C

