“Uşaq sosial şəbəkədə deyil, real həyatda öz dəyərini tapmalıdır...”
“Azyaşlı uşaqların sosial şəbəkədə istismarı cəmiyyəti narahat edən problemlərdən biridir. İzləyici yığmaq, pul qazanmaq məqsədi ilə valideynlər özləri azyaşlı övladlarını bu yola sürükləyirlər. Hansı ki, həmin vaxtı dərsləri ilə məşğul olmalı olan uşaq gününün çox hissəsini sosial şəbəkədə, canlı yayımda keçirir.
Məsələylə bağlı Adalet.az-a danışan psixoloq Zeynəb Əyyuba təəssüflə bildirdi ki, bu, getdikcə genişlənən və cəmiyyətin diqqətindən yayınan ciddi bir problemdir:
“Uşaqların adı ilə sosial media hesabları açmaq, onların gündəlik həyatını və ya emosional reaksiyalarını paylaşmaq, xüsusilə də reklam məqsədli kontentlərdə iştirak etdirmək — uşağın şəxsi sərhədlərinin pozulması deməkdir. Uşaq hələ inkişaf mərhələsindədir, şəxsiyyət formalaşması prosesi gedir. Bu dövrdə uşaq özünü kəşf etməyə, dünyanı anlamağa çalışır. Amma sosial mediada izlənmə və bəyənilmə mərkəzli bir mühitə məruz qalması onun özünə dəyər hissini təhrif edə bilər. O, sevgini və diqqəti yalnız “bəyənilmə” ilə əlaqələndirə bilər. Dərsə maneə çox ciddi şəkildə olur”.
Psixoloqun sözlərinə görə, sosial mediada tez-tez çəkilişlərdə iştirak edən, kontent üçün təkrar-təkrar pozalar verən uşaq üçün bu, oyun kimi görünə bilər, amma əslində, o, vaxtının çoxunu təbii oyun və təhsil fəaliyyətlərindən uzaq keçirir:
“Uşaq üçün oyun və sosial qarşılıqlı münasibət öyrənmənin əsas hissəsidir. Amma “kamera qarşısında davranmaq” normaya çevrilirsə, uşaq real və virtual həyat arasındakı fərqi itirə bilər. Bu isə gələcəkdə emosional stabilliyin və diqqət cəmlənməsinin azalmasına, reallıqdan uzaq gözləntilərin formalaşmasına gətirib çıxarır. Umumiyyətlə əgər məqsəd uşağın istedadını inkişaf etdirməkdirsə — məsələn, musiqi, rəqs, idman kimi — bu, düzgün istiqamətlə aparıla bilər. Amma fərq ondadır ki, burada fokus uşağın inkişafına yox, kontentin gətirdiyi maddi və sosial qazanca yönəlir. Uşağın razılığı formal olur, çünki o, nəticələri dərk edə bilmir. Bu halda uşaq, əslində, valideynin sosial layihəsinin bir alətinə çevrilir. Bu, istismar formasıdır — emosional və bəzən iqtisadi baxımdan valideynlər unutmamalıdırlar ki, uşağın uşaqlığını qorumaq onun hüququdur”.
Z.Əyyubova deyib ki, uşağın şəxsiyyətini ictimaiyyətin qiymətləndirməsinə çıxarmaq əvəzinə, onu həyat bacarıqları, empatiya və özünü ifadə etmə kimi sahələrdə dəstəkləmək daha doğrudur:
“Əgər uşağın sosial mediada görünməsi labüddürsə, bu, tədris xarakterli, məxfilik qaydalarına əməl olunan və uşağın razılığı ilə olmalıdır. Uşaq heç bir halda reklamın və ya maddi qazancın vasitəsinə çevrilməməlidir. Uşaqları sosial mediada “fenomen”ə çevirmək, onların gələcək emosional sağlamlığını, özünə hörmət hissini və sosial münasibətlərini risk altına atır. Uşaq sosial şəbəkədə deyil, real həyatda öz dəyərini tapmalıdır. Valideynin vəzifəsi isə bu prosesi qorumaq və yönləndirməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Dekabr 2025 13:10
Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı
27 Dekabr 2025 12:55
DİN bayram günlərində azad olunan ərazilərə gedənlərə müraciət etdi - VİDEO
27 Dekabr 2025 11:11
Leyla Əliyeva IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışdı
27 Dekabr 2025 09:20
Daxili işlər naziri Qubada sıra baxışı keçirəcək
26 Dekabr 2025 18:42
Kibercinayətkarlar məsuliyyətə cəlb edildi - Üç qurum birgə MƏLUMAT YAYDI
26 Dekabr 2025 17:51
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah günün ikinci yarısından...
26 Dekabr 2025 17:20
Nazirlik Fəzail Ağamalının partiyasının müraciətini geri qaytardı
26 Dekabr 2025 16:41


Bakı -°C

