Xırda və orta sahibkarları niyə incidirlər?
Bu gün ölkəmizdə sahibkarlığın müxtəlif növləri mövcuddur! İri sahibkarlıq sürətlə inkişaf etdiyi halda, xırda və orta sahibkarlığın inkişafına bəzi vəzifəli şəxslər onlara " badalaq" atırlar.
Təbii ki, bu da istər-istəməz belə sahibkarlığın inkişafına maneçilik törədir. Heç kimə sirr deyil ki , onların imkanları elə də, yaxşı deyil! Bir balaca, özlərini dircələldən kimi o dəqiqə müxtəlif yoxlama orqanları onların başının üstünü alırlar! Yoxlamanın beşi gedir, on beşi gəlir.
Yeni belə sahibkarların əlində- ovcunda olanları müxtəlif yollarla qoparmaq istəyirlər. Mənim bir bərbər tanışım var .Deyir ki, qardaş, başım aşağı salıb, çörəyimi qazanıram. Amma bir də görürsən ki, heç bizə aid olmayan bir qurumdan biri gəlib, qanımızı qaraldır və rahat işləməyə imkan vermirlər!
Aydındır ki, rayonlarda icra hakimiyyətinin başçıları ilk növbədə xırda və orta sahibkarlığın inkişafında maraqlı olmalı , onlara şərait yaratmalıdır! Əgər bu mühit yaradılsa, ölkəmizdə xırda və orta sahibkarlıq inkişaf edər, bu işlə məşğul olanlar rahat nəfəs alarlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
04 Noyabr 2026 12:20
1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
04 Noyabr 2026 11:03
Fermerlərə şad xəbər: Dəstək artırılır
04 Noyabr 2026 10:26
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
03 Noyabr 2026 17:58


Bakı -°C

