adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2025 18:51
59
MƏMLƏKƏT
A- A+

Təmiz havamızı qoruya bilmirik

Otyabrın 20- dən  noyabrın 20 - dək respublika ərazisində " Təmiz hava" aylığı keçirilir. Artıq həmin müddətin başa çatmasına bir neçə gün qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə DİN- nin Baş Dövlət Yol Polisi İdarəsi ilə bir keçirdiyi tədbirlərdə çoxlu sayda nəqliyyat vasitələrindən atmosferə normadan artıq zərərli qazların  atılması faktları aşkarlanıb.Bir çox sürücülərə xəbərdarlıq edilsə də, dəfələrlə nəqliyyat vasitələrində texniki nasazlılığa görə  xəbərdarlıq alan sürücülər  50 manat civarında cərimə edilib.

Bakıda da " Təmiz hava" aylığı ilə bağlı profilaktik tədbirlər keçitilib. Həmin tədbirlər demək olar ki, mütəmadi olaraq davam edib. Noyabrın 18- də  paytaxtda keçirilən   müayinələr zamanı bir çox nəqliyyat vasitələrindən atmosferə normadan artıq zərərli qazların atılması faktları müşahidə olunub. Məlum olub ki, saxlanılan müxtəlf markalı avtomobillərin mühərrik sistemində nasazlıq yarandığı üçün həmin nəqliyyat vasitələrindən atmosferə normadan  zərərli qazlar atılır.

Tədbirdə iştirak edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli  deyir ki, bu tədbirlər bir daha göstərir ki, bəzi nəqliyyat vasitələrinin sürücülərinin idarə etdikləri  avtomobillər heç də texniki cəhətdən saz deyil. Daha doğrusu, onların mühərrik sistemində nasazlıq var . Biz belə sürücülərlə maarifləndirici söhbətlər apardıq. Amma elə də sürücülər var ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, idarə etdikləri  nəqliyyat vasitələrində texniki nasazlığı aradan qaldırmayılar. Bax onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə  50 manat məbləğində cərimə ediliblər. Ona görə də, hər bir sürücü avtomobilin texniki sazlığını daim diqqət mərkəzində saxlamalıdır.    

 Tədbirdə nəqliyyat eksperti Elməddin müəllim də iştirak edib. O dedi ki, atmosferə atılan zərərli qazlarda yanacağın keyfiyyətsiz olması da  mövcuddur. Təbii ki, yanacaq keyfiyyətsiz olanda istər - istəməz nəqliyyat vasitəsində  texniki nasazlıq yaranır. Hər halda , aidiyyəti qurumlar bu məsələlərə  diqqət yetirməlidir!!!

Emil Faiqoğlu