"Rusiya bu dəfə Polşa dəmir yolunu hədəf seçib..."
"Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Kreml Kiyevlə əməkdaşlıq edən ölkələri də hədəf seçəcək. Rusiyanın Kiyevdə Azərbaycan səfirliyini raket atəşinə tutması, Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərinə endirdiyi zərbələr, Odessa limanında sıxışdırılmış qaz daşıyan Türkiyə gəmisini hədəf götürməsi, Avropa dövlətlərinin hava sahəsinə göndərilən dronlar bu “siyasətin” tərkib hissəsidir".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Rusiya bu dəfə Polşa dəmir yolunu hədəf seçib. Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən Ukrayna vətəndaşları Polşada dəmir yolunu partladaraq Belarusa qaçıblar. Kreml niyə Polşa dəmirlyonun partlatmağa qərar verib? Məsələ burasındadır ki, Ukraynanın dünya ilə əlaqəsi Polşa üzərindən həyata keçirilir, müxtəlif ölkələrin rəsmiləri Polşanın dəmiryolundan istifadə edərək Ukraynaya səfərlər edirlər. Ukrayna Prezidenti Volodimir Zelenski də bu dəmiryolundan istifadə edir. Eyni zamanda Ukraynaya hərbi texnika da Polşa dəmiryolu vasitəsilə Ukraynaya çatdırılır. Bu səbəbdən Kremlin Polşa ərazisindəki dəmiryolunu hədəf götürəcəyi gözlənilən idi. Bundan sonra həmin dəmiryolunun təhlükəsizliyinə diqqət daha da artırılmalıdır,- deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Oktyabr 2026 15:53
İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü - VİDEO
11 Oktyabr 2026 15:49
Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət elan olundu
11 Oktyabr 2026 09:07
Tramp və Netanyahu İranla bağlı müzakirə apardı
10 Oktyabr 2026 14:18
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
10 Oktyabr 2026 13:54
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
10 Oktyabr 2026 13:46
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
10 Oktyabr 2026 12:48
Ərzincan: Türkiyənin təbiət gözəllikləri və macəralarla dolu gizli incisi – FOTOLAR
10 Oktyabr 2026 12:41


Bakı -°C

