“Alkoqol, naroktik kimi vasitələr də zorakılıq riskini artıran amillərdəndir”
“Məişət zorakılığı və genderəsaslı zorakılığın psixoloji dinamikalarını anlamaq üçün zorakılıq törədən şəxslərin şəxsiyyət xüsusiyyətlərinin və psixoloji faktorlarının təhlili mühüm əhəmiyyət kəsb edir. Təqdiqatlar göstərir ki, zorakılıq yalnız sosial-mədəni və iqtisadi şərtlərlə izah olunmur, eyni zamanda fərdi psixoloji meyllər, şəxsiyyət poxuntuları və emosional tənzimləmə problemləri ilə də sıx bağlıdır”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, şəxsiyyət pozuntuları çərçivəsində zorakı davranışa meylli kişilərdə impulsivlik, aqressivlik, empatiya çatışmazlığı, manipulyativ münasibət formaları və nəzarət ehtiyac kimi xüsusiyyətlər daha çox müşahidə olunur:
“Bu xüsusiyyətlər zorakılığın təsadüfi deyil, müəyyən psixoloji struktura malik və təkrarlanan davranış nümunəsi olduğunu göstərir. Məsələn, impulsiv-aqressiya tip emosional partlayışlara meyllidirsə, sosiopatik-antisosial tipdə zorakılıq daha çox soyuq hesablanmış və məqsədyönlü davranış formasında özünü götərir”.
Ekspert bildirib ki, alkoqol, naroktik kimi vasitələr də zorakılıq riskini artıran amillərdəndir:
“Bununla yanaşı, psixoloji faktorlar uşaqlarda zorakılığa məruz qalma, travmatik təcrübələr, ailədaxili rolların yanlış mənimsənilməsi, emosional tənzimləmə çətinlikləri və asılılıq (alkoloq, narkotik və s.) zorakılıq riskini artıran mühüm determninantlardır. Bu faktorlar çox zaman sosial-mədəni kontektlə patriarxal dəyərlərlə, gender bərabərsizliyi ilə və zorakılığın normalizasiyası ilə birləşərək zorakılığın davamlı istehsalına gətirib çıxarır”.
M.Zeylanova deyib ki, Azərbaycan kontekstində isə bu məsələ xüsusilə aktualdır:
“Burada zorakılığın əsaslandırılması üçün tez-tez “ailədaxili məsələ”, “kişinin nüfuzu”, “tərbiyəvi məqsəd” kimi sosial sreotiplərdən istifadə olunur. Bu yanaşma zorakılıq törədən şəxslərin psixoloji xüsusiyyətlərinin dərin araşdırılmasına mane olur və beləliklə, reabiltasiya proqramlarının effektivliyini zəiflədir. Halbuki, şəxsiyyət pozuntuları və psixoloji faktorların sistemli təhlili həm risk qruplarının aşkarlanmasına, həm də məqsədli müdaxilə proqramlarının hazırlanmasına imkan yaradır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Noyabr 2025 11:09
Uşaqlarda travma zamanı diqqət edilməli məqamlar və ilkin yardım qaydaları
25 Noyabr 2025 11:08
Travma alanda ilk nə etməliyik? - Baş həkimdən TÖVSİYƏLƏR
24 Noyabr 2025 09:33
Stomatoloqların fəaliyyəti necə tənzimlənir? - Qaydalar və nəzarət mexanizmi - VİDEO
21 Noyabr 2025 12:01
“Böyük Qayıdış”a sağlamlıq dəstəyi: Xocalıda 160-a yaxın sakinin göz müayinəsi aparıldı
19 Noyabr 2025 14:26
Azərbaycanda narkomanlar arasında İİV-ə yoluxma sayı azalıb
18 Noyabr 2025 11:15
Peyvənd üçün ən yaxşı vaxt bu aylardır - AÇIQLAMA
18 Noyabr 2025 11:14
Xəstəlik ocaqlarında nəzarət tədbirləri - SN-nin mütəxəssisi aydınlıq gətirir
17 Noyabr 2025 17:18


Bakı -°C

