“Zorlama cinayəti həm də sosial və mədəni böhrana səbəb olan dərin bir travmadır...”
“Zorlama ilə bağlı ictimai streotiplər, yəni cəmiyyətin bu cinayətə dair formalaşdırdığı qəlibləşmiş və çox zaman zərərli təsəvvürlər təkcə hüquqi ədalətin bərpası deyil, eyni zamanda qurbanın müdafiəsinə və psixosial reabilitasiyasına ciddi maneə yaradır. Bu streotiplər dərin tarixi köklərə malik olmaqla yanaşı, əlxaq kodeksləri, namus mədəniyyəti, gender rolları və ədəbiyyatda qadın obrazının təsviri ilə də möhkəmlənib”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, qədim və orta əsrlər boyunca qadının cinsi toxunulmazlığı onun şəxsi hüquqi kimi deyil, ailənin və ya icmanın mülkiyyəti və şərəfi kimi dəyərləndirilib:
“Bu yanaşma zorlama hadisələrini qadına qarşı yox, “kişiyə aid olan əşya və şərəfə qarşı cinayət” kimi təqdim etmişdir. Azərbaycan klassik ədəbiyyatında isə qadının cinsi azadlığı demək olar ki, yoxdur. Qadın ya tabe olur (Leyli və Məcnun), ya da sevgisi günah sayılır (Əsli və Kərəm). Bu da cinsi zorakılığın ictimai müzakirəyə çıxarılmasına psixoloji baryer yaradıb. Zorlama halı baş verəndə qadının yox, ailənin “biabır olması” qorxusu səbəbindən hadisə gizlədilir. Qurbanı susmağa məcbur edən ilk mexanizm budur.
Müasir Azərbaycan cəmiyyətində hələ də geniş yayılmış streotiplərdən biri zorlamaya məruz qalan qadının görünüşü, geyimi, davranışı və ya yeri-gəlməz saatda küçədə olması ilə zorakılığa “səbəb” olduğu düşüncəsidir. Zorlama cinayəti yalnız hüquqi deyil, həm də sosial və mədəni böhrana səbəb olan dərin bir travmadır. Azərbaycanda isə zorlanmış qadına münasibət çox vaxt qurbanın deyil, zorakılıq törədən şəxsin qorunmasına yönəlir. Cəmiyyətin qurbanı deyil, qadının “abrı”nı qurmaq istəyi ön plana keçir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Yanvar 2026 13:23
Ağdərənin Baş planı hazırdır
14 Yanvar 2026 13:00
Naxçıvanda qarın hündürlüyü yarım metrdən çoxdur
14 Yanvar 2026 12:29
Bakıya yağış, rayonlara qar yağacaq - SABAHIN HAVASI
14 Yanvar 2026 10:29
Bakıda 4 dərəcə şaxta var - FAKTİKİ HAVA
13 Yanvar 2026 18:27
Prezident Ağdərədə sakinlərlə görüşdü - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 16:53
Prezident Çıldıran kəndindəki işlərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB
13 Yanvar 2026 16:21
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
13 Yanvar 2026 15:41


Bakı -°C

