"Belə bir sənədin altına imza atmaq..."
"Ukraynanın 20 faiz ərazisi itirməsinə və bu gözəl ölkənin başdan ayağa dağıntılara məruz qalmasına səbəb olan, Azərbaycan ərazilərinin 30 il işğalda qalmasına və talan olunmasına göz yuman Avropa İttifaqının bu günə qədər Azərbaycanın 4 kəndini işğal altında saxlayan Ermənistan ilə imzaladığı sənəddə hərbi cinayətlərdə ittiham edilən şəxsləri "əsir" kimi qeyd etməsi ikiüzlü, şərəfsiz və ləyaqətsiz addımdır".
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
"İşi düşəndə Prezident İlham Əliyev ilə şəkil çəkdirmək üçün növbədə gözləyənlər, sizin imzanız Azərbaycan üçün heç nəyi dəyişə bilməz, amma Azərbaycanın imzası olmasa gedib Rusiyanın arxası ilə yaxın təmas qurmaq məcburiyyətində qala bilərsiniz.
Azərbaycanda məhkəməsi davam edənlər hərbi cinayətkardır, kim bunu fərqli formada təqdim etməklə Ermənistana kömək edəcəyini düşünürsə, böyük səhvə yol verir. Belə bir sənədin altına imza atmaq məğlubiyyətlər diyarı olan Ermənistana yaxşı heç nə vəd etmir. Gələcəkdə buna bənzər səhv adımların qarşını almaq və Ermənistanın hər axmaq mətnli sənəd hazırlamaq həvəsini birdəfəlik söndürmək məqsədilə Serj Sərkisyan və Robert Köçəryanın Azərbaycana təhvil verilməsi kompensasiya olaraq təklif edilə bilər".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Yanvar 2026 17:39
İlham Əliyev bir qrup şəxsi təltif etdi
07 Yanvar 2026 17:28
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
06 Yanvar 2026 21:02


Bakı -°C

