“Trampın İrana havadan hərbi müdaxiləsi gözləniləndir...”
“Beynəlxalq təşkilatlar İrandaki etirazlar zamanı 20 nəfərin öldüyünü, 990 nəfərin isə saxlanıldığını bildirir. Amma internetin məhdudlaşdırılması səbəbindən etiraz aksiyaları davam edən bütün ərazilərdən məlumatlar tam həcmdə əldə olunmur”.
Adalet.az xəbər verir ki, bunu Ədalət Verdiyev deyib.
“Aksiyalarına miqyasının geniş olmasını və molla rejiminin dinc əhaliyə qarşı odlu silah istifadəsini nəzərə alsaq ölən , yaralanan və saxlanılan İran vətəndaşlarının real sayı elan ediləndən dəfələrlə coxdur. Belə bir vəziyyətdə ABŞ prezidenti Trampın İrana havadan hərbi müdaxiləsi gözləniləndir. İsrail də müdaxilə prosesinə qoşula və etirazçılara ABŞ ilə birlikdə dəstək verəcəyi mümkündür. Biz isə ən gərgin ssenarilərə hazır olmalıyıq”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
21 Oktyabr 2026 07:42
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
20 Oktyabr 2026 21:43
Sahibə Qafarova Bişkekdə parlamentlərarası əməkdaşlığın önəmindən danışdı
20 Oktyabr 2026 21:08
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
20 Oktyabr 2026 18:42


Bakı -°C

