“Əks halda onların da məsuliyyətə cəlb olunması qaçılmaz olacaq”
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Rusiya-Ukrayna müharibəsində döyüşən 4 vətəndaşı həbs edib.
Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bəzi Azərbaycan vətəndaşları Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edirdi.
O, bildirib ki, belə faktlara Suriya ərazisində gedən münaqişələrdə də rast gəlirdik:
“Bir neçə dəfə mətbuat vasitəsi ilə həm rəsmi dövlət qurumlarının, həm ictimai şəxslərin bu müharibələrdə, yəni Azərbaycanın hüdudlarından kənarda hərbi münaqişələrdə iştirakın cinayət tərkibi yaratdığına dair xəbərdarlıqları mətbuatda dərc olunurdu. Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində xidmət və ya münaqişlərdə, müharibələrdə iştirak etmək mövcud qanunvericiliklə qadağan edilir”.
Ə.Verdiyev deyib ki, indiyə qədər Rusiya-Ukrayna müharibəsində naməlum sayda vətəndaşlarımız iştirak edib:
“Bəziləri itkin düşüb, bəziləri həlak olub, yaralananlar və onların arasında əsirlikdə olanlar da var. Bu əməliyyatlar cinayət tərkibi yaratdığına görə həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və artıq məsuliyyətə də cəlb ediliblər. Onlar barəsində həbs qətiimkan tədbiri də seçilib. Ümid edək ki, bu tədbirlərdən sonra həmin münaqişədə iştirak edən Azərbaycan vətəndaşları öz məsuliyyətlərini anlayacaqlar, yol verdikləri cinayət məsuliyyəti yaradan fəaliyyətlərdən əl çəkəcəklər, saxlanılan dörd Azərbaycan vətəndaşının acı taleyindən özləri üçün bir dərs çıxaracaqlar. Əks halda onların da saxlanılması və məsuliyyətə cəlb olunması qaçılmaz olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

