adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 10:55
35
SİYASƏT
A- A+

“Onların dünyaya verdikləri yalnız qan, kədər və göz yaşlarıdır...”

“Dünyada ölkələr çox olsa da, xalqlar müdrik dövlət xadimləri sarıdan korluq çəkir. Bu gün dünyada yaranmış qarmaqarışıq şəraitin səbəblərindən biri də budur. Bəzən rəhbərlər ölkələrinin ərazisinin həcminə görə özlərini böyük göstərmək istəsələr də, xalqlarına və dünyaya verdikləri yalnız qan, kədər və göz yaşlarıdır”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, böyüklük ərazinin həcmi, əhalinin sayı, atılan bombalarla, tökülən günahsız qanlarla deyil, dünyaya verilən dəyərlərlə, qarşılıqlı faydalı əməkdaşlıqla, dürüstlüklə, sözlə işin vəhdəti ilə ölçülür:

“Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatları bu baxımdan bir örnəkdir. Prezidenti A. Vuçiçin dövlət başçımız haqqında dediyi aşağıdakı sözlərlə həm millətimiz fəxr edə bilər, həm də dünyanın ondan öyrənə biləcəyi çox məsələlər vardır: “...Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm. Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim...Biz Prezident Əliyevin sözlərinə tam inanırıq”.

Vasif ƏLİHÜSEYN