adalet.az header logo
  • Bakı -°C
27 Fevral 2026 11:06
79
SİYASƏT
A- A+

“Xocalı Memorial Kompleksi göstərir ki, biz tariximizi heç bir zaman unutmamalıyıq”

“Bir nəslin gözü qarşısında xalqın tarixi və taleyi necə dəyişdirilir? Bir xalq məğlub vəziyyətdən çıxaraq necə qalib olur? Soyqırımı qurbanlarının, həyatlarını itirmiş günahsız insanların qisası necə alınır? Qanlı tarixi unutmamaqdan və unutdurmamaqdan ötrü nələr və necə edilir? Bütün bu və digər sualların cavabını cənab Prezidentimiz İlham Əliyev konkret fəaliyyəti ilə göstərdi. Onun da növbəti nümunəsi Xocalı Soyqırımı Memorialının açılışı və ölkə rəhbərimizin sakinlərlə görüşdə etdiyi nitq oldu”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, memorial millətimizin and yeridir, tarixi unutmaması üçün yaddaş məkanıdır:

“Nitq isə keçdiyimiz yolu, bu günümüzü göstərir və gələcəymizə işıq tutur. Hərb qanunlarını pozan, ləyaqətsiz müharibə aparan Ermənistanın1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımından keçən müddət ərzində dövlət, hökumət qurumlarımız, ictimai təşkilatlarımız və baş verən hadisənin dünyaya çatıdırlması üçün çox işlər gördü. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası gerçəklərin yayılmasında müstəsna rol oynadı”.

M.Qasımlı deyib ki, müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ləyaqətli müharibə apararaq ərazilərimizi düşmən işğalından xilas edən Azərbaycan dövləti bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını aldı:

“Soyqırımına məruz qalan insanların ruhu bu gün şaddır. Dövlət başçımızın bayrağımızı ucaltdığı azad Xocalı yenidən qurulur, sakinlər dövlət büdcəsi hesabına tikilmiş müasir mənzillərə geri dönür, işlə təmin edilirlər, ocaqları gur yanır. Müharibə caniləri isə ədalət məhkəməsinin qərarları ilə layiq olduqları cəzanı çəkirlər. Xocalı Memorial Kompleksi bir daha göstərir ki, biz tariximizi heç bir zaman unutmamalıyıq! Soyqırımı bir daha təkrarlanmamalıdır! Dövlətimiz zəif, rəhbərlər iradəsiz, bacarıqsız olanda Xocalı soyqırımı baş vermişdi. Dövlətimiz güclü, rəhbərimiz qüdrətli, ölkəmizdə sabitlik, birliyimiz sarsılmaz olanda ərazilərimiz işğaldan azad edildi.Aşağıdakı bir neçə fotoşəkil haradan haraya gəldiyimizi göstərir”.

Vasif ƏLİHÜSEYN