adalet.az header logo
  • Bakı -°C

Hara tələsirik? - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
391 | 2026-03-01 13:49
A- A+

Bütün günü ora qaçırıq, bura qaçırıq.Bir gün uşaqlarımızın dalınca qaçırıq... Bir gün qardaşımızın dalınca qaçırıq... Bir gün də nəvələrimizin dalınca qaçırıq... Və başımızı qaşımağa vaxtımız olmur... Hələ mən bazar- dükana, xeyirə- şərə, toya- düyünə, xəstə yanına baş çəkməyimizi demirəm! Onu da desəm, lap əldən düşərik...  

Və özümüzə vaxt tapa, vaxt ayıra bilmirik... Amma başqa millətlər bizim kimi eləmir... Heç kimin xətrinə dəyməsin ( dəysə, gedib su içsin) onlar adam kimi yaşayırlar.Lap elə avropalıları götürək... Onların da övladları var... Onların da uşaqları var...Onların da qardaşı, bacısı, xeyir- şəri var... Ancaq onlar hər şeydən əvvəl özlərini düşünürlər. Bu demək deyil ki, avropalı uşağını, nəvəsini , qohum - əqrəbasını çox istəmir...

Niyə istəmir??? Bəlkə də bizdən çox istəyir... Lakin özünü, canını hamıdan çox istəyir.Onlar hər altı aydan bir tibbi müayinədən keçirlər. İldə bir dəfə ən azından  sanatoriya , istirahətə, gəzməyə gedirlər. Hətta pensiyaçılar belə  bu şəraitdən yaxşıca istifadə edirlər.Bir dostum var , indi də ağır  xəstədir, Allah şəfasın versin. Onun çox yaxşı imkanı olub; evi- eşiyi, maşınları, biznesi... Bir sözlə, var- dövlət , pul başından aşıb.

Bütün günü övladları , nəvələri haqqında düşünüb.Və hamısına da qəşəng şərait yaradıb.Hər şeyə vaxt tapıb , özünə vaxt tapa bilməyib. Bir dəfə olsun belə həkimə.getməyib, sanatoriya müalicəsi qəbul etməyib, istirahətə yollanmayıb.Elə ancaq ev- eşik barədə  fikirləşib! İndi də elə xəstəliyə düçar olub ki, müalicəsi yoxdur.Müalicə üçün Avropa ölkələrinə, habelə İsrailə gedib, nə fayda dərdinə əlac yoxdur.Milyonlar verir,ancaq  çarə tapılmır ki, tapılmır.

Dostumuz deyir ki, özüm üçün yaşamadım, başqaları üçün ömür sürdüm və elə bildim ki, həmişə sağlam olacam! Heç canımı qurban verdiyim adamlar da məni yada salmırlar. Oğlanlarım da axtarmır! Almaniyada bir qızım yaşayır, bircə o , mənə görə narahatdır. Nə isə ...  Deyirəm, bəlkə  bir qədər də özümüz üçün yaşayaq.Necə fikirdir, bəyənirsiz, ya yox???

TƏQVİM / ARXİV