adalet.az header logo
  • Bakı -°C
11 Mart 2026 10:59
65
SİYASƏT
A- A+

İsrail və ABŞ İranda rejimi dəyişməkdə böhranla üzləşib – Politoloq 

“İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərək bildirib ki, xalq özü İranda rejimi devirməlidir. Netanyahu bununla etiraf edir ki, ABŞ və İsrail İranda rejimi dəyişmək gücündə deyil. Davam edən hərbi əməliyyatlar yalnız İranın hərbi infrastrukturunu sıradan çıxarmağa hesablanıb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, Ali dini lider Əli Xameneinin İsrail tərəfindən öldürülməsi məhz xalqın ayağa qalxması və rejimin süqut edilməsinə hesablanmışdı:

“ABŞ və İsrail ilkin olaraq əsas məqsədlərinə çatmayıb. Xüsusilə, rejimin dəyişməsi baş tutmur və növbəti mərhələdə gözlənilmir. Donald Tramp sistem daxilində yeni liderin ortaya çıxmasını və Venesuela ssenarisini tətbiq etməkdə maraqlıdır. Amma, nə qədər SEPAH var müqavimət davam edəcək və Venesuela ssenarisinin tətbiq edilməsi baş tutmayacaq. Tramp əsasən prezident Məsud Pezeşkian və onun hökuməti ilə işləməyə hazırdır. SEPAH oğul M. Xameneinin dini lider seçməsi bu planın qarşısını aldı. ABŞ əsas hədəfi İranın hərbi və mülki infrastrukturunu sıradan çıxarıb, özünü qalib elan etmiş olacaq”.

Vasif ƏLİHÜSEYN