"Risklərin aradan qaldırılmasına dair 8 standart hazırlanıb" - Nazir müavini
"Təxminən bir il bundan öncə Azərbaycanda 2025–2028-ci illər üzrə süni intellektin inkişafına dair strategiya qəbul edilibdir. Bu gün təxminən dünyanın 50-yə yaxın ölkəsində bu tipli strategiyalar var. Bir çox ölkələr belə dövlət proqramlarında öz qarşısına kifayət qədər iddialı hədəflər qoymuşlar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Nazir müavini bildirib ki, bir çox ölkələr isə resurslarından irəli gələrək müəyyən qədər konservativ yanaşmalar sərgiləyirlər: "Bu strategiyalara baxanda görünür ki, bir sıra ölkələr süni intellekti yaradan və burada əhəmiyyətli yer tutan ölkələr olmaq hədəfi götürür. Bir sıra ölkələr isə daha çox süni intellektin tətbiqi üzrə çempionlara çevrilmək kimi hədəflər qoyur. Mən ümumilikdə deyərdim ki, ölkəmizin yanaşması bu sahədə bu modellərin balanslaşdırılmış sintezinə əsaslanır. Süni intellektin inkişafını ayrıca bir texnologiya kimi deyil, istər dövlət idarəetməsi, istər iqtisadiyyatın və ümumiyyətlə cəmiyyətin transformasiyasında sistemli bir alət kimi formalaşdırmaq yanaşmasını görürük".
O qeyd edib ki, süni intellekt strategiyası ümumilikdə dörd prioritet istiqaməti nəzərdə tutur: "Birincisi süni intellektin özünün təkmilləşdirilməsi və idarə edilməsi, ikincisi məlumat-data və infrastrukturun təkmilləşdirilməsi, üçüncüsü istedad bazası və insan kapitalının inkişafı və dördüncüsü dövlət idarəetməsi və əlverişli mühitin yaradılmasıdır. Süni intellektin özünün idarə edilməsi ilə bağlı artıq xeyli işlər görülübdür. Bizim düşüncəmiz elə deyil ki, bir sıra Avropa ölkələri kimi süni intellektin inkişafına mane ola biləcək həddindən artıq sərt tənzimləyici yanaşmalar tətbiq edək, məsələn məlumatların mühafizəsi və fərdi məlumatlarla bağlı çox sərt məhdudiyyətlər qoymaqla. Həmçinin biz elə də düşünmürük ki, bütün tənzimləyici yanaşmaları ləğv edib Amerika modeli kimi tam açıq bir yanaşma tətbiq edək. Ümumilikdə müəyyən standartlar əsasında süni intellektin tətbiqi zamanı yarana biləcək risklərin aradan qaldırılmasına dair təxminən 8 standart hazırlanıb, onların 4-ü artıq qəbul olunub. Bu standartlar daha çox süni intellektin etik prinsiplərə riayət edilərək yaradılması və tətbiqi, şəffaflığın qorunması, süni intellekt sistemlərinin qurulması və saxlanması zamanı texnologiyalara qarşı olan yanaşmalar, o cümlədən müasir alqoritmlərin və sistemlərin istifadəsini nəzərdə tutur“.
Digər Xəbərlər
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 11:28
"Strateji hədəflərdən biri ölkəmizi regionda süni zəka üzrə mühüm mərkəzə çevirməkdir" - Nazir
11 Mart 2026 11:12
“İran hazırda öz neftini sata bilmədiyinə görə...” – Politoloq
11 Mart 2026 10:57
“Xalq Sığorta” şikayətlərə görə “lider” oldu - SİYAHI
11 Mart 2026 09:31
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
10 Mart 2026 16:46
Azərbaycanda manatla müddətli kredit qoyuluşları artıb
10 Mart 2026 13:56


Bakı -°C

