“Azərbaycanın onlardan imtina etməklə...”
“Azərbaycan dövləti dünyaya bir çox məsələlərdə örnək verir. Bu baxımdan Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu bir neçə məsələ ilə diqqəti çəkdi.Qlobal Bakı Forumu iştirakçılarının sayı və mövqeyinə dünyada nüfuzlu müzakirə məkanına çevrilib. Forumun mövzusunda “keçid dövrü” ifadəsi əbəs yerə işlədilməyib”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, dünyanın daha əvvəlki kimi olmadığı, yeni bir beynəlxalq sistemə hamilə olduğu aydın görünür:
“Çoxlu suallar yaranır. Ən başlıcası, yaşadığımız keçid dövründəki fikir ayrılıqlarını necə aradan qaldırmaq olar? Bu sualın cavabını Prezident İlham Əliyev etdiyi nitqində ötən illər ərzində Azərbaycanın qazandığı təcrübəni təhlil etməklə verdi. Dedi ki, müasir dünyada təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli məsələ olmalıdır, çünki bunlar olmadan qalan bütün digər məsələlər tamamilə mənasızdır. Regional təhlükəsizlik Azərbaycan üçün həmişə ən vacib olub. Azərbaycanın işğala son qoyaraq suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi, sülhü qazanmaq istiqamətində fəaliyyəti digər dövlətlər üçün təcrübədir. Dövlət başçımızın nitqində Azərbaycanı ittiham edənlərin ya uzaqgörən olmadıqlarının, ya da qərəzli olduqlarının deyilməsi dünyada müdrik dövlət xadimi qıtlığından xəbər verir. Əgər belə olmasaydı, ətrafımız od tutub yanmaz, şəhərlər xarabalığa çevrilməz, günahsız insanlar ölməz, ev-eşiklərindən didərgin düşməzdilər”.
M.Qasımlı deyib ki, bu baxımdan Azərbaycanın təcrübəsini öyrənmək xeyir verərdi:
“Azərbaycanın sülh yaratmaq, qısa müddətdə ticarətə başlamaq, yolları açmaq təcrübəsindən öyrənmək faydalı olardı. Müharibələrə və münaqişələrə son verilməsində vasitəçi olmaq istəyənlər həmişə özlərinin maraqlarını güddüklərindən, prosesləri donduraraq, rezin kimi uzatmaqla tərəflərə təzyiq vasitəsi kimi istifadə etdiklərindən Azərbaycanın onlardan imtina etməklə dünyaya verdiyi təcrübəsini öyrənməyə dəyər. Bir zamanlar bəzi dövlətlərin enerji amilindən istifadə edərək göstərdikləri təzyiqlərdən xilas olan və siyasətini inadla yürüdərək dünyanın müxtəlif ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində açar dövlət halına gələn Azərbaycanın təcrübəsindən öyrənmək yararlı olardı. Dünyada baş verən müharibələr və münaqişələr ölkələr arasında bağlılığı, nəqliyyatın işini pozduğundan bütün iqtisadiyyat üçün çətinliklər yaratdığı bir şəraitdə Azərbaycanın nəqliyyat-kommunikasiya dəhlizləri yaratmaq təcrübəsindən öyrənməyə dəyər.Bütün bunlar özü-özündən yaranmayıb, Prezident İlham Əliyevin yürütdüyü siyasətin konkret nəticəsidir. Həmin siyasət məktəbindən öyrənmək lazımdır. Öyrənmək isə heç bir zaman gec deyildir!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Mart 2026 12:50
Azərbaycan-Çin əlaqələri müzakirə edilib
14 Mart 2026 12:37
Hikmət Hacıyev Eduard Stiprays ilə TRIPP-i müzakirə edib
14 Mart 2026 12:24
Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
14 Mart 2026 11:20
“ABŞ hazırda İranı ona görə ram etmək istəyir ki...”
14 Mart 2026 10:47
Müctəba Xamenei növbəti mərhələdə vəzifəsindən alınacaq - Politoloq
14 Mart 2026 08:04
“Azərbaycana qarşı məqsədli şəkildə dezinformasiya hücumları təşkil edilir”
13 Mart 2026 19:25
Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB
13 Mart 2026 18:56


Bakı -°C

