“Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir”
“Bu necə minnətdarlıq hissidir? Türkiyə İrana qarşı müharibəni dayandırmaq üçün əlindən gələni edir, İsraili lənətləyir, ABŞ-sərt tənqid edir, bunun əvəzinə SEPAH Türkiyə ərazisinə 4-cü raketini atıb. Halbuki, İran Prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana Türk dilində minnətdarlığını bildirmişdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Məsud Pezeşkian “X” hesabında regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bu sözlərlə təşəkkür etmişdi: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik”. Aydındır ki, Məsud Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir. Həmin generallar isə düşməni dosta qatıb aləmi alova bürüməyə çalışırlar. Məsud Pezeşkian mart ayında iki dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb və hər dəfəsində ölkəmizə minnətdarlığını ifadə edib. Bunun ardınca, İranın xarici işlər naziri Abbas Əraqçi humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Onun da Azərbaycan dilində “X” hesabında yazdığı cümlələr minnətdarlıq hissi ilə boldur. “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm” – yazan iranlı diplomat çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini vurğulayıb. SEPAH generallarından da eyni məntiq gözləyirik”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Mart 2026 14:26
“Xalqın İlham Əliyevə olan inamı bu ideoloji xətti yandırıb külə döndərdi...”
31 Mart 2026 13:51
“Mart soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən təcavüzkar siyasətin tərkib hissəsi idi”
31 Mart 2026 13:45
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:53
Azərbaycanın Mərakeş və Suriya ilə imzaladığı sazişlər təsdiqləndi
31 Mart 2026 12:48
Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 Mart 2026 10:51
“40 milyon soydaşımızın tükünə ziyan dəyməsin istəmirik...”
31 Mart 2026 10:48
Paşinyan bunu desə, ermənilər ona səs verməyəcək – Politoloq
31 Mart 2026 09:20


Bakı -°C

