“Fransa regionda formalaşmış yeni siyasi vəziyyətlə hesablaşmağa məcbur qalıb”
“Fransa və Ermənistan may ayında strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşır. Emmanuel Makronun may ayında Ermənistana səfəri çərçivəsində bu sənədin imzalanması gözlənilir. Son dövrlərdə Avropa İttifaqı və üzv dövlətlərin Cənubi Qafqaza diqqəti artmaqdadır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Fransa uzun müddətdir Ermənistana həm siyasi, həm də hərbi dəstək verir:
“İkinci Qarabağ müharibəsi dövründə və sonrakı illərdə Parisin regionda eskalasiyaya təsir göstərmək cəhdləri müşahidə olunub. Bu siyasətin əsas məqsədlərindən biri regionda təsir imkanlarını genişləndirmək və Türkiyənin rolunu neytrallaşdırmaq olub. Artıq Fransa regionda formalaşmış yeni siyasi vəziyyətlə hesablaşmağa məcbur qalıb. Bununla yanaşı, Parisin Zəngəzur dəhlizi ilə bağlı maraqları da diqqət çəkir. Qərbdə belə bir yanaşma var ki, mümkün Amerika Birləşmiş Ştatları–İran qarşıdurması fonunda Vaşinqtonun regiondakı fəallığı azala bilər”.
O, bildirib ki, bu halda Fransa Cənubi Qafqazda daha aktiv rol almağa çalışa bilər:
“Digər tərəfdən, Azərbaycanın da paralel diplomatik addımları müşahidə olunur. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Böyük Britaniyaya səfəri və mümkün strateji tərəfdaşlıq sazişi müzakirə olunur. Yaxın perspektivdə Azərbaycan və Böyük Britaniya arasında sazişin imzalanması gözlənilir.Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əlaqələrin dərinləşdirilməsi Bakının mövqelərini daha da gücləndirə bilər.Ümumilikdə, Cənubi Qafqazda Fransa və Böyük Britaniyanın artan fəallığı Rusiyanın regiondakı təsir imkanlarına ciddi təsir göstərə bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52
“ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir”- VİDEO
14 May 2026 11:05
İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
14 May 2026 10:58
"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
14 May 2026 10:33
Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır"
14 May 2026 10:21
ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib – Politoloq
14 May 2026 10:14


Bakı -°C

