İslam dinində nəyə görə ölünü tabutda dəfn etmək ənənəsi yoxdur?
“Ölülərə təmtəraqlı qəbir daşları qoymaq və tabutda dəfn etmək geniş torpaq ərazisinin uzunmüddətli məsrəfinə səbəb olur. Müəyyən müddətdən sonra həmin ərazidə yenidən dəfn üçün, yaxud digər məqsədlərlə istifadəyə imkanlar qalmır. İslama görə qəbir daşları sadəcə nişangah xarakterli olmalı, ölülər də torpağa dəfn edilməlidir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, lakin istisna hallarda: qumlu və tez aşınan ərazilərdə, sucaqlıq yerlərdə, yoluxucu xəstəliyin və digər mənfi halların qarşısını almaq məqsədi ilə tabutda dəfn həyata keçirilə bilər:
“Ancaq İslamda ölünün məhz torpağa tapşırılmasında məqsəd cəsədin çürüməsi və torpağa qarışmasıdır. Buna rəğmən istisna hallarda tabutda yaxud kəfəndən qeyri parçaya bükülərək dəfn etmək haqda da qəti qadağa yoxdur. Yəni bu, haram deyil, ancaq məkruhdur. Ümumi adəti, sünnəti, Peyğəmbər ənənəsini pozmaq baxımından isə uyğun sayılmır. Fəqət zəruri, istisna hallarda ölünü paltarda yaxud başqa rəng parça ilə kəfənləmək, tabutda da dəfn etmək olar.Ancaq ayaq üstə yaxud oturuqlu dəfn etmək İslam şəriətinə ziddir. Ölü sağ çiyni üstə, yönü qibləyə sarı qəbrə qoyulur və digər prosedurlar həyata keçirilir. Dəfn zamanı insanlar irqinə, məzhəbinə, vəzifəsinə görə fərqləndirilmir. Fərq yalnız boyuna, ölçüsünə görə birinin kəfəninin digərindən bir qədər uzun yaxud qısa olmasındadır. Adi halda ipək və başqa parçalardan istifadə olunmur. Hamı üçün adi ağ bez istifadə edilir ki, o da elə bahalı şey deyil. Diriykən çox bahalı paltarlar geyinən adamlar həmin geyimlərlə gedə bilmir. Çünki qəbirdə asılqan, vəzifə, bank, kreslo, seyf yoxdur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Oktyabr 2026 14:08
Yağış yağırsa...
25 Oktyabr 2026 12:32
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağdı
25 Oktyabr 2026 09:32
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21


Bakı -°C

