Rasim Balayev: “Pul olmasa, nə edə bilərik?"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) 2026-cı il üçün vəsait ayrılmayıb. Bu da mədəniyyət ictimaiyyətində narazılığa səbəb olub.
Məsələ ilə bağlı Adalet.az-a açıqlama verən Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev maliyyəsiz iş görməyin çox çətin olduğunu söyləyib:
“Pul ayrılmayıb, daha doğrusu belə uyğun görüblər. Bəs pul olmasa, nə edə bilərik? Pul olmalıdır ki, kino çəkilsin. 2025-ci il üçün ayrılmış vəsaitin qalan hissəsi, əlbəttə, kino üçün yetərli olmayacaq. Kinonun çətin vaxtında bir də pul ayrılmaması heç yaxşı hal deyil. Bu nə deməkdir?! Bu addımın adı yoxdur! Bizim ən böyük problemimiz maliyyə problemidir. Bizim agentliyin adının siyahıda olmaması çox pisdir. Kino agentliyinə maliyyə vəsaitinin ayrılmaması bu sahədə ciddi problemlər yaradacaq”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
18 Avqust 2026 16:53
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
18 Avqust 2026 13:52
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır - FOTOLAR
18 Avqust 2026 13:43
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır
17 Avqust 2026 20:17
KİNOMUZA SAHİB ÇIXAQ
17 Avqust 2026 15:52
Ceki Çanın filminin çəkilişləri bitdi
14 Avqust 2026 11:25
Troya qazıntılarının bərpası ilə yeni kəşflər mövsümü başlayır - FOTOLAR
13 Avqust 2026 17:07
Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək
10 Avqust 2026 09:05


Bakı -°C

