"Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir" - Deputat
"Millətin genefondunun genişlənməsi, dar çərçivədən çıxması məsələsini həll etməliyik. Qohum evliliyi niyə baş verir? Bu, sosial məsələdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Azərbaycanda insanların sosiallaşması o qədər məhdudlaşıb ki, ancaq yaxın qohumlardan ibarət çevrədən kənara çıxa bilmir:
"Bu çevrəni aşmalıyıq. Bunun üçün də mədəni səviyyəni yüksəltməliyik. Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Dövlət tikir, qurur, yaradır. Amma insan bunu istəməyəndən və onun dünyagörüşü buna hazır olmayandan sonra bu məsələdə ötən əsrin 40-50-ci illərindən çox geridəyik. Buna görə də insan əmisi, xalası qızını tanıyır. Evlənəndə də bu çevrədən kənara çıxmır. Ona görə də sosiallaşma mühiti barədə düşünməliyik".
Digər Xəbərlər
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

