"Real" bu göstəricidə "Barselona"nı geridə qoydu
"Real" İspaniya çempionatında növbəti rekorda imza atıb.
Adalet.az xəbər verir ki, Madrid təmsilçisi La Liqanın 24-cü turunda doğma meydanda "Real Sociedad" üzərində 4:1 hesablı qələbə qazanıb. Oyunda iki qol penalti zərbəsindən vurulub. Hər iki 11 metrlik zərbəni Vinisius Junior dəqiq yerinə yetirib.
Bu nəticə ilə “kral klubu” La Liga tarixində yeni göstəriciyə imza atıb. Belə ki, madridlilər cari mövsümün ilk 24 turunda 13 penalti qazanıb. Bu, çempionat tarixində ilk belə haldır.
Buna qədər rekord "Barcelona" klubuna məxsus idi. Kataloniya təmsilçisi 1950/51 və 2015/16 mövsümlərində ilk 24 turda 12 penalti qazanmışdı.
Hazırda “Real” 24 turdan sonra 60 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb
Digər Xəbərlər
15 Aprel 2026 15:11
Bu nə siyasətdi… - Kamil Əhməd yazır
15 Aprel 2026 12:28
"Qarabağ" yenə cərimələndi
15 Aprel 2026 09:43
Çempionlar Liqası: "Real" "Bavariya"ya qarşı
15 Aprel 2026 09:21
Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

