“Real” Lukas Vaskeslə müqaviləni uzatmayacaq

“Real Madrid” klubunun rəhbərliyi Lukas Vaskeslə müqaviləni uzatmaq fikrində deyil.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl tərəflər arasında müqavilənin uzadılması ilə bağlı şifahi razılıq əldə olunsa da, son anda “kral klubu”nun prezidenti Florentino Peres bundan imtina edib.
33 yaşlı ispaniyalının sözləşməsi 2025-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Madrid təmsilçisinin yetirməsi olan L.Vaskes komandanın heyətində 380-dən çox oyun keçirib.