"Real Madrid" "Mançester Siti"ni məğlub etdi - VİDEO

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçlarına start verilib.
Adalet.az xəbər verir ki, günün ilk matçı Fransada "Brest" və PSJ komandaları arasında olub. Qarşılaşma Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Gecənin ən prinsipial oyunu İngiltərədə reallaşıb. "Mançester Siti" turnirin son qalibi olan İspaniya "Real Madrid"ini qəbul edib. Oyun 2:3 hesabı ilə yekunlaşıb.
Digər görüşlərdə Niderlandın PSV klubu İtaliyada "Yuventus"un (2:1), Almaniyanın "Borussiya Dortmund" komandası isə Portuqaliyada "Sportinq"in (3:0) qonağı olub.
Bu raundun digər 4 oyunu fevralın 12-də keçiriləcək. Cavab görüşləri isə fevralın 18-19-da olacaq.
Digər Xəbərlər
28 Oktyabr 2025 18:31 Beynəlxalq dərəcəli hakim-inspektorumuz Konfrans Liqası oyununa təyinat aldı
28 Oktyabr 2025 16:58 “Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq
28 Oktyabr 2025 16:47 Bellinqem Vinisiusun rekordunu yenilədi
27 Oktyabr 2025 14:59 

Bakı -°C 










