adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Dekabr 2022 12:01
642
ŞOU-BİZNES

Rəhim Rəhimlinin  sevgilisi: “Ən çox oğlan övladı arzulayırdı”

Müğənni- bəstəkar Rəhim Rəhimlinin sevgilisi onun məzarı üstə göz yaşı töküb.

Adalet.az xəbər verir ki, bu sözləri mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi olduğunu deyən Hüri adlı xanım “Maqazin Plyus”a açıqlama verib.

Xanımın sözlərinə görə, Rəhim vəfat edəndə vətəndə olmayıb.

“Rəhim dünyasını dəyişəndə ölkə xaricində idim. Dostları mənə zəng vurub dedilər ki, Rəhim artıq həyatda yoxdur. O, mənimlə sağollaşmadan, küsülü getdi həyatımdan”.

Xanım qeyd edib ki, müğənni onunla ailə qurmaq istəyirmiş:

“Rəhim əvvəllər tez-tez fikirləşirdi ki, ailə quraq, övladımız olsun. Ən çox oğlan övladı arzulayırdı. Deyirdi ki, heç olmasa, məndən sonra yolumu davam etsin, adımı daşısın. Amma bu da qismət. Adına qədər fikirləşmişdi”.

Qeyd edək ki, Rəhim Rəhimli sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı eyni zamanda sirrozdan əziyyət çəkirmiş.

Əntiqə Kərimzadə