adalet.az header logo
  • Bakı -°C
24 Fevral 2026 12:27
77
ŞOU-BİZNES
A- A+

Rejissor: “Siz film çəkdiyiniz şərtlər altında biz foto çəkmərik”

Rejissor Kənan Mahmudov indi çəkilən filmlərin keyfiyyətindən danışıb.

Adalet.az xəbər verir ki, o, kino sənətinin son durumunun çətin vəziyyətdə olduğunu etiraf edib:

“Mən “Gecə qonağı” filmini çəkəndə operator türk idi. Mənə dedi ki, filan texnikanı istəyirəm, dedim ki, yoxdur. Başqa bir texnika istədi yenə dedim ki, yoxdur. Adam təəccübləndi. Sonra filmin premeyerası oldu. Azərbaycana gələndə hava limanında mənimlə görüşəndə dedi ki, siz sehrbazsınız. Siz film çəkdiyiniz şərtlər altında biz  foto çəkmərik. Yəni biz bu cür məhdud şərtlərlə hansısa sənət işini ekrana gətiririk”.

Əntiqə