Rəqəmsal tədqiqat belə aparılacaq
İnformasiya infrastrukturu obyektlərində baş vermiş kiberinsidentlər barədə əldə edilən məlumatlar əsasında Rəqəmsal tədqiqat mərkəzi tərəfindən onların risk əsaslı qiymətləndirilməsi aparılacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni fəsildə əksini tapıb.
Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq rəqəmsal tədqiqat mərkəzi rəqəmsal tədqiqatı aparılmalı olan kiberinsidentləri müəyyən edir. Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sahə üzrə fəaliyyət göstərən CERT-lər kiberinsidentlərin rəqəmsal tədqiqatının aparılmasına cəlb edilə bilərlər.
Rəqəmsal tədqiqat zamanı CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən əldə olunan məlumatların bütövlüyü qorunmalı, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməməli, rəqəmsal tədqiqat zamanı beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun metod və vasitələrdən istifadə olunmalıdır.
Rəqəmsal tədqiqat prosesi CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sənədləşdirilməli, rəqəmsal dəlillərin əldə edilməsi, saxlanılması, ötürülməsi, təhlili mərhələləri həmin sənəddə ardıcıl və izlənilə bilən formada əks olunmalıdır. Rəqəmsal tədqiqatın rəsmiləşdirilməsi və nəticəsinə dair məlumatlar və sənədlər Rəqəmsal tədqiqat mərkəzi tərəfindən 3 ildən az olmayan müddətdə saxlanılmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
27 Iyul 2026 09:41
Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı
25 Iyul 2026 11:36
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
24 Iyul 2026 11:30
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
23 Iyul 2026 09:08
Süni intellekt nəzarətdən çıxdı - Kiberhücum təşkil etdi
22 Iyul 2026 12:56
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
19 Iyul 2026 13:00
“Facebook” və “Instagram”da yaranan nasazlıq aradan qalxdı - YENİLƏNİB
18 Iyul 2026 08:49
Smartfon istifadəçilərinə xəbərdarlıq
16 Iyul 2026 10:27


Bakı -°C

