adalet.az header logo
  • Bakı -°C
27 Mart 2026 09:10
107
HADİSƏ
A- A+

Rəşad Baxşəliyev vəfat etdi

"Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Adalet.az xəbər verir ki, 48 yaşlı mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.

R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə də ürək tutmasının səbəb olduğu bildirilib.