“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma...”
“Mənim qiymətləndirməmə görə Hörmüz boğazının tam və uzunmüddətli bağlanması əsas ssenari deyil. Daha real ssenari budur ki, boğaz yaxın günlərdə və həftələrdə tam açıq marşrut kimi yox, seçici, riskli, sığorta və təhlükəsizlik baxımından bahalı “idarə olunan keçid zonası” kimi işləyəcək. Yəni hüquqi baxımdan boğaz tam qapanmış görünməyə bilər, amma iqtisadi baxımdan normal keçid bərpa olunmayacaq”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bu nəticə İranın 24 mart tarixində BMT Təhlükəsizlik Şurasına və BMT-nin Dəniz Nəqliyyatı Təşkilatına ünvanlaədığı məktuba daha uyğun görünür:
“Buna görə də mənim baza ssenarim belədir ki, martın sonu və ya aprelin ilk yarısı ərzində boğazda qismən hərəkət bərpa oluna bilər, amma bu bərpa qeyri-bərabər olacaq. Bəzi gəmilər keçəcək, bəziləri gözləyəcək, sığorta haqları və daşınma xərcləri yüksək qalacaq, hərbi və siyasi gərginlikdən asılı olaraq bir neçə günlük yeni fasilələr də mümkündür. Yəni “açıldı” xəbəri gəlsə belə, bu, “normallaşdı” demək olmayacaq”.
O, bildirib ki, daha kəskin risk ssenarisi isə ondan ibarətdir ki, İran “qeyri-düşmən gəmi” formulunu daha da sərtləşdirsin və keçidi faktiki olaraq siyasi filtrə bağlasın:
“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma kommersiya baxımından yarıblokada rejimi formalaşar. Məncə hazırda ən real təhlükə məhz budur. Keçid tam sıfır deyil, davamlı qeyri-müəyyənlik və bahalı keçid olsun.Ən aşağı ehtimallı, amma ən ağır nəticəli ssenari isə apreldə daha geniş regional eskalasiyadır. Bu halda neft bazarı sadəcə qiymət şoku yox, fiziki çatdırılma böhranına doğru gedər. Mən bu ssenarini əsas ssenari saymıram, amma bazarın qiymətində bu risk artıq hiss olunur. Əlqərəz, mənim yekun proqnozum budur ki, Hörmüz boğazının aqibəti “tam açılma” ilə “tam bağlanma” arasında qalacaq, amma yaxın perspektivdə onun əvvəlki kimi normal, ucuz və proqnozlaşdırılan tranzit dəhlizi kimi işləməsi çətin görünür. Daha inandırıcı ssenari odur ki, aprel boyunca boğaz qismən işləsin, lakin siyasi icazə, sığorta, təhlükəsizlik və hərbi risklər səbəbindən bazara tam rahatlıq verməsin. Başqa sözlə, mən boğazın aqibətini “tam blokada yox, uzanan nəzarətli qeyri-normallıq” kimi görürəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Noyabr 2026 11:48
Prezident həmkarına başsağlığı verdi
11 Noyabr 2026 11:15
“Avropasız danışıqlar və müəyyən atəşkəs razılaşması mümkün hesab olunsa da...”
11 Noyabr 2026 11:06
“Zelenski Ankaranın Kremlə təsir etməsini istəyir”
11 Noyabr 2026 08:12
“Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir”
10 Noyabr 2026 19:30
İlham Əliyev Türkiyəyə getdi - FOTO
10 Noyabr 2026 16:21
”6 il əvvəl yaranan yeni reallıqlar Azərbaycanın suverenliyinin tam bərpası ilə daha da möhkəmləndi”
10 Noyabr 2026 13:44
Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi
10 Noyabr 2026 11:55


Bakı -°C

