Rəsmi Bakı Ermənistanın məsuliyyətə cəlb edilməsinə çağırır

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə dəstək verməyə və Ermənistanı beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəyə nəzər salmaq vacibdir:
"Ermənistanın onilliklər boyu davam edən işğalı nəticəsində 2020-ci ildən bəri 388 Azərbaycan vətəndaşı mina qurbanı olub. Azad edilmiş əraziləri çirkləndirən minalar mülki şəxslərin həyatını təhlükə altında saxlamaqda davam edir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneə törədir və yenidənqurma işlərini əngəlləyir".
Məlumatda vurğulanıb ki, mina fəaliyyəti gözləyə bilməz:
"Azərbaycan öz xalqı üçün minalardan azad, təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün öhdəliyinə sadiq qalır və qətiyyətlidir".
Digər Xəbərlər

Məsrur Bərzani İlham Əliyevi təbrik etdi

Əli Əsədov bu nazirliklərə tapşırıqlar verdi - FOTO

Prezident nazirlərin iclasında iştirak etdi - YENİLƏNİB

İlham Əliyev Alparslan Bayraktarı qəbul edib - YENİLƏNİB

"Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır" - Aİ komissarı

Almaniya-Azərbaycan: strateji əməkdaşlığın yeni hədəfləri

Bu səfər Azərbaycan-Almaniya əlaqələrinin inkişafına təkan verəcək
