Rəsmi Bakı Trampın Qəzzada münaqişəyə son qoymaq üçün həll planını alqışlayır

Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elan olunmasını alqışlayırıq.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.
“Məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyacların qarşılanması uzun müddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir.
Yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər

"Xəstəxanada qalmaq otel qiyməti ilə eynidir" - Deputat tibbi sığortanı tənqid etdi

Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin görüşündə iştirak edib

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Milli Məclis bir sıra beynəlxalq sazişi ratifikasiya edib

Süni intellektlə bağlı qanun hazırlamalıyıq - Sahib Alıyev

"Bu şəxslər üçün borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir"

Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib
