“Rolls-Roys” rekord itki ilə üzləşdi
Britaniyanın "Rolls-Roys” şirkəti cari ilin ilk yarısında rekord - 7.1 milyard dollardan çox itki ilə üzləşib.
Adalet.az xəbər verir ki, bu barədə "Rolls-Roys” şirkətinin hesabatında bildirilib.
Şirkət tarixində ən böyük böhranla üzləşdiyini etiraf edib.
"Rolls-Roys” Britaniyada 3000 iş yerini azaltmaq məqsədilə Nottingempşir və Lankaşir qraflıqlarında iki fabrikin bağlanacağını təsdiqləyib. Ümumilikdə, "Rolls-Roys” koronavirus pandemiyasından sonrakı dövrdə aviasiya bazarının yeni reallıqlarına uyğunlaşmaq və hər il 1,6 milyard dollar qənaət etmək üçün ən azı 9 min iş yeri və ya işçilərin ümumi sayının 17%-dən çoxunu ixtisar etməyi planlaşdırır", - hesabatda qeyd olunub.
Şirkətin icraçı direktoru Uoren İst təkcə son 6 ayda 4500 nəfərin "Rolls-Roys”dan ayrıldığını bildirib.