adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Aprel 2023 14:54
202
DÜNYA

Roma Papası xəstəxanadan buraxıldı

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

Adalet.az BBC-yə istinadən xəbər verir ki, Roma Papası Fransisk üç günlük müalicədən sonra Romada xəstəxanadan çıxarkən "hələ də sağam" deyə zarafat edib.

Xatırladaq ki, o martın 29-da tənəffüs çətinliyi ilə Gemelli Xəstəxanasına yerləşdirilib və daha sonra Papa Fransiskə bronxit diaqnozu qoyulub.

Vatikan daha əvvəl bildirmişdi ki, pontifikin son test nəticələri buna icazə verərsə,o, şənbə günü xəstəxanadan buraxılacaq.