Ronaldodan emosional paylaşım
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Atalanta"ya qalib gəldikləri oyunu (3:2) şərh edib.
Adalet.az xəbər verir ki, o, matçdan sonra "İnstaqram" səhifəsində yazıb: "Bəli! Xəyallar Teatrı yanır. Biz sağıq! Biz insanıq. Birləşib, heç vaxt təslim olmayacağıq! Bu, "Old Trafford"dur!".
Qeyd edək ki, Ronaldo sözügedən mayçda komandasının qələbə qolunun müəllifi olub.