Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirdi
Aprelin 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Adalet.az xəbər verir ki, prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
28 Aprel 2026 17:51
Fərdi məlumatların qorunması haqqında yeni qanun
28 Aprel 2026 17:43
Kamran Əliyev Mərakeşdə səfərdədir - FOTO
28 Aprel 2026 17:40
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalandı
28 Aprel 2026 17:33
Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?
28 Aprel 2026 15:53
Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO
28 Aprel 2026 15:04
“24 aprel ermənilərin qondarma “soyqırımı” kimi qeyd etdikləri tarixin ismidir”
28 Aprel 2026 14:27
Xocalı sakinlərinin nəzərinə!
28 Aprel 2026 14:25


Bakı -°C

